Elmin İnkişafı Fondu yüksək səviyyəli ekspertlər iclası keçirir

Elmin İnkişafı Fondu HORİZON-2020 proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçirir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakı şəhərində 2016-cı il 13-14 oktyabr tarixlərində Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirir.

Tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçiləri və ekspertləri iştirakı edir. Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən “Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi”idir (CeRISS).

Elmin inkişafı Fondu qeyd olunan “Black Sea Horizon” və “EaP PLUS” layihələrində qurum kimi iştirakçıdır. Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti nəzərə alınaraq adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH Layihəsinin cari ilin ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib.

Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova) və Azərbaycandan tanınmış ekspertlər iştirak edir.

2 gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər və uğurlar, perspektivlər müzakirə ediləcək.

Etikxeber.az

 

Read Previous

Hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir – DEPUTAT

Read Next

Sabiq nazirin şikayəti təmin edilmədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir