Elşad Məmmədovla vida mərasimi başa çatdı-ŞƏHİDİMİZ DƏFN OLUNDU…

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi ilə vida mərasimi keçirilir.

Etikxeber.az məlumat verir ki, , iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş əsgər Məmmədov Elşad Dönməz oğlunun nəşi doğulduğu Tovuz rayonun Ağdam kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Qənirə Paşayeva, hərbçilər və rayon ictimaiyyəti iştirak edir. 

***

Vida mərasimi başa çatıb, şəhid Məmmədov Elşad Dönməz oğlu doğulduğu Ağdam kəndində torpağa tapşırılıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Şəhidimiz-Vuqar Sadıqov-DƏFN EDİLDİ…-YENİLƏNİB

Read Next

“Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib…”-FƏRİD ŞƏFİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir