Kərim Süleymanlının polis bölməsində döyülməsi araşdırılır-RƏSMİ

Kərim Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda mətbuata açıqlamasında Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qeyd edib ki, K. Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.

Qeyd edək ki, K. Süleymanlı iyunun 8-də onun 5 saat ərzində 30 nəfərə yaxın polis əməkdaşı tərəfindən fiziki təzyiqlərə məruz qaldığını, döyüldüyünü bildirib.

O, ağ ciyər xəstəsi olmasına baxmayaraq, polis əməkdaşlarının buna əhəmiyyət vermədiyini, zorakılıqlarına davam etdiyini, ona xəsarət yetirdiyini söyləyib.

K. Süleymanlı eyni zamanda, məsələnin araşdırılması üçün ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət edib.

Etikxeber.az

Read Previous

“Qayda-qanun hamı üçündür, hamı ona tabe olmalıdır- burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz”-MİLLƏT VƏKİLİ

Read Next

Post-pandemiya: Hara gedirik? (İkinci hissə)-SÜBHAN PADARSOYUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir