Elxan Şahinoğlu: İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var

“Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artlq qurumun üzvlərinin sayı 42-yə çatıb”.

Bunu Etikxeber.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var.

“Birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi rərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır. Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır. Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir.

Necə ki, sözdə də olsa, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək. Üstəlik İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq”-deyə, o, sözlərinə əlavə edib.

 Etikxeber.az

Read Previous

Təxirə salınan İstanbul-Bakı aviareysinin sərnişinləri başqa reyslə uçuş həyata keçirə bilər

Read Next

“İnsanlarımızı dəm qazı ilə bağlı ehtyatlı olmağa çağırıram”- DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir