Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev AŞPA-dan getdilər…

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

Etikxeber.az APA-ya istinadla xəbər verir ki, heyətdən çıxarılan üç nəfərin yerinə təyin olunan digər parlamentarilər Ülviyyə Ağayeva və Asim Mollazadədir.

aspaaa

Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan üç yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyev “20 Yanvar”la bağlı tədbirlər planını təsdiqlədi

Read Next

“Barsa” matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından 146,2 milyon qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir