Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncə şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Faxrəddin oğlu Mustafayevin doğum günüdür.
Bu gün-14 mart 2026-cı il tarixində Elvin Mustafayevin 34 yaşı tamam olur.
Nəşi 8 aydan 2 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan Elvin Mustafayevin həm də Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Daşkəsənli olan Elvin Mustafayev 1992-ci ilin 14 mart tarixində dünyaya gəlib.
1998-2007-ci illərdə orta məktəbdə oxuyub.
9-cu sinfi bitirdikdən sonra-2007-ci ildə Astara Pedaqoji Kollecinə daxil olub.
2010-2011-ci illərdə isə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.
Əsgərlikdən sonra müxtəlif yerlərdə və müxtəlif sahələrdə salışıb.
2014-cü ildə ailə həyatı qurub və üç övladı dünyaya gəlib.
2020-ci ilin payızına yaxın yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycanda Ordusunda MAXE kimi fəlaiyyətə başlayıb.
2020-ci ilin 27 sentyabr tarixində isə İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 6 gün çəkib.
2020-ci ilin oktyabr ayının 2-də Murov-Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Nəşi yalınız 2021-ci ilin iyununda tapılıb və həmin ayın 4-də Gəncə şəhərində yerləşən Səbiskar qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Elvin Mustafayevin əmisi Faiq Mustafayev də Şəhiddir, o, Birinci Qarabağ Savaşı zamanı Şəhidlik məqamına ucalıb.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 34 yaşı mübarək olsun!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU
Etikxeber.az





