Eriksen “ilin ən yaxşı”sı seçildi

İngiltərənin “Tottenxem” futbol klubunun yarımmüdafiəçisi Kristian Eriksen ölkəsində – Danimarkada ilin ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az  xarici KİV-lərə istinadla xəbər verir ki, ən yaxşı oyunçunu müəyyən etmək üçün Danimarkanın məşqçiləri arasında səsvermə keçirilib.

Eriksen “Tottenxem” klubunda cari mövsümdə keçirdiyi 24 oyunda 6 qolun müəllifi olub. 26 yaşlı futbolçu Rusiyada keçirilən futbol üzrə XXI Dünya çempionatında Danimarka millisinin heyətində göstərdiyi mükəmməl oyunu ilə komandasını səkkizdə bir final mərhələsinə çıxara bilib.

Xatırladaq ki, Eriksen 2013-cü ildə Hollandiyanın “Ayaks” klubundan “Tottenxem”ə transfer olub.

Etikxeber.az

Read Previous

“Vilyareal”ın iki futbolçusu “Bolonya”ya keçdi…

Read Next

Xanım millət vəkili dünya qadınlarına çağırış etdi: SUSMAYIN! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir