Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 29-da Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Binəqədi rayonunda”MƏNİM HÜQUQUM VAR!” adlı erkən nikahlara qarşı layihənin növbəti təlimi keçirilib.
Etikxeber.az xəbər verir ki, erkən nikah uşağın gələcək həyatını təhlükə altına qoyur, cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsinə gətirib çıxarır.
Təlim zamanı uşaqlarla erkən nikahların fəsadları, onların baş vermə səbəbləri və bu halların qarşısının necə alınmalı olduğu barədə geniş fikir mübadiləsi aparılmışdır. Qrup işləri ilə davam edən təlimdə uşaqlar bir birindən maraqlı təkliflər və problemlərin həlli istiqamətində fikirlər söyləməklə bu istiqamətdə daha da çox işlərin görülməsinin zəruriliyi barədə çıxış ediblər.
Daha sonra təlimdə iştirak edən uşaqların hər biri sertifikatla mükafatlandırılıblar.
Etikxeber.az