Erkən seçim(lər) olarsa… AKŞƏNƏR VƏ “İYİ PARTİ” DƏNGƏLƏRİ POZUR – SORĞU

Təsis edilməsindən cəmi bir neçə gün keçməsinə baxmayaraq, “İYİ Parti”nin və onun genəl başqanı Meral Akşənərin Türkiyə cəmiyyətində nüfuzu və populyarlığı günü-gündən artır.

Dünyanın məşhur xəbər agentliklərindən olan “Reuters”-in Murat Geziciyə məxsus “Gezici” Araşdırma şirkətinə əsasən yaydığı məlumat-anket sorğusunun nəticələri də bunu əyani şəkildə göstərir.

 

Etikxeber.az-ın xəbərinə görə, belə ki  “İYİ Parti”nin  seçimə girməsi durumunda  Akşənərin yeni siyasi təşkilatının 19.5  faiz səs qazana, bu durumda isə hakim AKP-nin 43.8 faiz seçici səsini ala biləcəyini qeyd edib.

Eyni zamanda,qatılımçıların  yüzdə 18.5-si CHP-yə, yüzdə 8.8-i MHP-yə və yüzdə 7-si isə HDP-yə səs verəcəyini söyləyib.

Bu durumda MHP və HDP TBMM-ə girmək (düşmək) üçün gərəkli olan yüzdə 10-luq barajın altında qalır.

“İYİ Parti”nin qatılmadığı bir erkən genəl seçim (parlament seçkisi) olması durumunda isə qatılımçıların yüzdə 47.1 faizi AKP-yə, yüzdə 26.8 faizi CHP-yə, yüzdə 13.5-i MHP-yə və yüzdə 9.8-i də HDP-yə səs verəcəyini qeyd edib.

anket-487

Sorğunun nəticələrinə əsasən 2019-cu ildə  keçirilməsi  öngörülən Cumhurbaşqanlığı (prezident)  seçimində  isə qatılımçıların 47,8 faizinin indiki prezident, AKP lideri Rəcəb Tayyib Ərdoğana,  38 faizinin Akşənərə, 14.9 faizinin isə CXP genəl başqanı Kamal Kılıcdaroğluna səs verəcəyi məlum olub.

Anket sonuclarını yorumlayan-şərh edən Murat Gezici isə Akşənərin “qərarlı və dik duruşu” ilə “qadın oluşunun” xalq tərəfindən təqdir gördüyünü bildirib.

O,  “araşdırmamızın sonuclarına görə  Akşənərin güvən verməsi və tanınırlılığının artması ilə birlikdə səsalma potansialında ciddi artım olacağı gözlənilməkdədir”-deyə, vurğulayıb.

http://www.sozcu.com.tr/2017/gundem/son-anketin-sonuclari-aciklandi-iyi-parti-surprizi-son-dakika-haberleri-2072852/

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sanki dəyərlər dəyişib, ziyalı ac olmamalıdır…” – ZEYNƏB XANLAROVA

Read Next

“BTQ” beynəlxalq təhlükəsizliyin təminində özünəməxsus yer tutacaq” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir