“Erkən uşaq təhsili…” – NAZİR – FOTO

Peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Son bir neçə ildə ölkəmizdə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb.

Etikxeber.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ni təsdiq edib. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Strateji Yol Xəritəsi yerli və beynəlxalq səviyyədə özəl sektor nümayəndələri üçün məlumat və əməkdaşlıq vasitəsi olacaq.

CEKO

Nazir qeyd edib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır. “Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə, 5-6 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib”, – deyə C.Bayramov bildirib.

Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib.

O, əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri olacağını bildirib.

Etikxeber.az

Read Previous

Vəzifəli şəxs cərimələndi – NAZİRLİK

Read Next

Bayram Səfərovu XİN-nin əməkdaşı əvəzlədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir