“Erməni bilsin ki, o, Azərbaycan xalqının qəhrəman oğulları ilə üz-üzə dayanıb” – DEPUTAT

“Bir həftə əvvəl erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş Qurbanov Çingiz Salman oğlunun nəşinin Azərbaycan tərəfinə qaytarılmaması çox təəsüf doğurur. Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna , o cümlədən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikə rəsmi müraciətlər olunub, ancaq təəsüflər olsun ki, heç bir nəticəsi yoxdur”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu, bir daha həmin qurumların fəaliyyətsizliyini göstərir.

“Hətta, sosial şəbəkələrdə əsgərimizin meyitini nümayiş etdirirlər. Bununla ermənilər öz rəzil, qaniçən, yaramaz sifətlərini bir daha göstərir. Bu, heç bir beynəlxalq hüquq normalarına uyğun deyil. Azərbaycan əsgərinin ölüsündən də qorxurlar. Belə olmasaydı,əsgəimizin meyitini qaytarardılar. Erməni bilsin ki, o, canını da verməyə hazır Azərbaycan xalqının qəhrəman oğulları ilə üz-üzə dayanıb . Belə qəhrəman oğullarımızın qabağında heç bir erməni qüvvəsi dayana bilməz”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Bu gün Mikayıl Müşfiqin anım günüdür

Read Next

Qaçaqmalçılıq yolu ilə İrana spirtli içki aparılmasının qarşısı alınıb – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir