Erməni diversant qrupu Zəngilan istiqamətində sərhəddi yarmağa cəhd etdi-İKİ DİVERSANT TUTULDU

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddinin pozulması cəhdinin qarşısı alınmışdır.

Etikxeber.az-ın xəbərinə görə, DSX-dan mətbuata bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Etikxeber.az

Read Previous

“Macarıstan hökuməti Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də Türk dövlətlərinin əməkdaşlığı çərçivəsində çoxşaxəli əsasda əlaqələrin daha da inkişafı üçün səy göstərməyə sadiqdir”-ORBAN

Read Next

“Hamı Vasifin Şəhid olduğunu bilsə də, mən son anda-cənazəsi, nəşi qapımıza gətiriləndə bildim…Millət yığılmışdı qapımıza…”-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLƏN TƏK ÖVLAD-VASİF MƏMMƏDOVUN ANASI ZENFİRA MƏMMƏDOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir