“Erməni fitnəkarlıqlarının başında erməni kilsəsi dayanır” – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

Ümumiyyətlə, erməni kilsəsi həmişə şər mənbəyi olub. Eyni zamanda, erməni kilsəsinin  heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki, siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.

Etikxeber.az  xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibətini bildirərkən deyib.

“Bu mənada katalikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində  Qarabağla bağlı ilk bəyanatı da 1988-ci ildə elə erməni katalikosu vermişdi”-deyən millət vəkilinin sözlərinə görə, amma ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər.

“Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi. Bundan sonra da erməni katalikosu yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə neçə əsr sonra gələn katalikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər.Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq. Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

musa-teze

ELDENIZ-3

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, bütün erməni fitnəkarlıqlarının başında erməni kilsəsi və zaman-zaman əvəzlənən katalikoslar dayanır.

Onun sözlərinə görə, on illərdir, yüz illərdir erməni xalqını şovinizm xəstəliyi, vandalizm, niftət, kin hissi ilə bəsləyən, yetişdirən məhz erməni kilsəsi, erməni keşişləri, din adamlarıdır.

Millət vəkili bildirib ki, onlar əslində öz xalqlarının baş bəlalardır:

“Din, əsl, Allah yolunda olan din adamları insanları, ümmətləri daim sülhə, barışa səsləyib. İnsanları, ümmətləri ədalətsizliklərdən, mərhəmətsizliklərdən, qanlardan uzaq olmağa çağırıb. Amma erməni din adamları-keşişlər, katalikoslar daim bunun əleyhinə gediblər, həmişə fitnə-fəsadla məşğul olublar, öz xalqalarını bədbəxt və zavallı günə salıblar. Onlar öz murdar xislətləri ilə Allahın evi sayılan dini ocağı-kilsəni ömürlük murdarlayıblar. Belə görünür ki, onlar heç zaman dəyişməyəcklər, islah olmayacaqlar, Allah, din yoluna qayıtmayacaqlar. Erməni katalikosunun son sərsəmləməsi, son fintəkar çağırışı da bir daha bunu göstərir, təsdiqləyir. Amma nə edirlər, etsinlər, milyon kərə çağırış, bəyanat səsləndirsinlər, heç nə alınmayacaq, nə Qarabağı müstəqil dövlət kimi tanıda, nə də Qarabağı Ermənistana birləşdirə biləcəklər. Bütün arzuları gözlərində qalacaq. Buna tam əmin olsunlar!”.

Etikxeber.az

Read Previous

Xəyanətkar elə bilir ki, hamı xəyanətkardır – ƏLİ ƏHMƏDOV ƏLİ İNSANOVDAN YAZDI

Read Next

“Bütün dünyanın nəzərləri Bakıda olacaq” – BAŞ NAZİRİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir