“Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir…” – KAMRAN İMANOV – YENİLƏNİB

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda nəlxalq regional sembeyinar işə başlayıb.

Etikxeber.az xəbər verir ki, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edir, : ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq regional seminarın mövzusunun aktuallığından danışıb.

“İctimai tələblərə adekvat islahatlar cəmiyyətin həyatının bütün sahələrini əhatə edir. İslahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business – 2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən “biznesin başlaması” üzrə 9-cu, “kiçik investorların maraqlarının qorunması” üzrə 2-ci, “vergilərin ödənilməsi” üzrə 28-ci yerdədir. Yeni dərc olunmuş “Doing Business – 2020” hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta “kreditlərin əlçatanlığı” göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib”- deyən  K. İmanov qeyd edib ki, Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik indeksi – 2019” hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşmasına görə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyasına görə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

***

K. İmanov həmçinin, qeyd edib ki, bu gün maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin, müəllif əsərlərinin özünüküləşdirilməsi faktları qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirilməməlidir:

“Bu gün ermənilər tərəfindən türk xalqına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin və müəllif əsərlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasına, “böyük hay mədəniyyəti”, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir…”.

O, bildirib ki, bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu faktların ifşasında gücünü əsirgəməyəcək.

Etikxeber.az

Read Previous

“Bəzi ölkələr bir-biri ilə yola getmir…” – İLHAM ƏLİYEV

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir