Ermənilər atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Etikxeber.az

Read Previous

Faktiki hava: Dağlıq ərazilərdə 14 dərəcə şaxta qeydə alınıb

Read Next

77 yaşlı qadın evində yanaraq dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir