“Ermənilər Gəncəni vurmaqla, terror törətməklə həm də mənim uşaqlıq xatirələrimi məhv etdilər…”-AYBƏNİZ HAŞIMOVA

Ermənilər Gəncəni atəşə, vandalizmə məruz qoymaqla, mənim uşaqlıq xatirələrimi məhv etdilər, bir daha dünyamı alt-üstünə çevirdilər…Mənim içimə daha betər qisas dolub, doldu…Sən nə vaxta qədər cinayət tördəcəksən, gecə vaxtı, yatmış insanlara necə qıyırsan, qıydın? Sən nə qədər qorxaq və bədbəxtsən?!

Etikxeber.az xəbər verir ki, bunu əslən gəncəli olan tanınmış sənətçi, Əməkdar artist, Şəhid xanımı Aybəniz Haşımova deyib.

“Mən Gəncədə dünyaya göz açmışam. Azərbaycanın, dünyanın cənnət-məkan guşəsi olan qədim Gəncədə…Gəncədə törədilən o dəhşətli faciədən söz düşəndə canıma dərhal gizilti, vəlvələ düşür, nitqim tutulur…Bu, Xocalı soyqırımının təkrarıdır, növbəti erməni terrorudur. Bunu törədən insan ola bilməz. Mən bacımdan Gəncədə faciə, vəhşilik törədilən yerlər barədə soruşanda, o dedi ki, veterenlar üçün nəzərdə tutulan Qələbə parkını, başqa yerləri dağıdıblar, vəhşiliyə məruz qoyublar.

Mənim atam İkinci Dünya, Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Atam uşaq vaxtı bizi əlimzdən tutub tez-tez o yerə, o parka gətirərdi. Bax, ermənilər, qaniçənlər mənim o illərimi, xatirələrimi məhv etdilər… Bu, insanlıqdan uzaq bir hərəkət, qanlı cinayətdir…Bundan sonra içim daha betər qisas hissi ilə dolub…”-deyən tanınmış sənətçi bütün hallarda Qələbənin Azərbaycanla olacağını, üçrəngli bayrağımızın Qarabağın bütün guşələrində ucalacağını, ucaldılacağını bildirib.

Etikxeber.az

Read Previous

“Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib: Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir…”-SPİKER – FOTO

Read Next

“Onların o bədnam ideyası hamısını qula çevirib-istər akademiki olsun, istər adi insanı…”-FƏRHAD XƏLİLOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir