“Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!” – MÜBARİZ QURBANLI

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində islahatlar davamlıdır.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, ölkədə hər zaman bütün sahələr üzrə islahatlar aparılıb: “Dövlət idarəçiliyində zamanı çatmış məsələlərin həlli islahat deməkdir. Bu da irəliyə doğru atılan addımdır. Bütün demokratik inkişaf yolu keçən ölkələr bu yolla gedir. Azərbaycan da demokratik ölkədir və Azərbaycan müstəqillik əldə etdikdən sonra islahatlar davamlı olub, bu gün də davam etməkdədir. Yeni Baş Nazirin təyinatı da mövcud iqtisadi islahatlarla əlaqədar həyata keçirilib. Mən Əli Əsədovun Baş Nazir təyin olunmasını lazımi addım sayıram və əminəm ki, o, qarşıya qoyulan məsələləri uğurla yerinə yetirəcək”.

Jurnalistlərlə söhbətində eyni zamanda, ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhərağa məscidində təmir adı altında gördükləri işlərə toxunan komitə sədri deyib ki, bu təxribatçılıq əməlləri tariximizi saxtalaşdırmaq məqsədi daşıyır. Komitə sədri ermənilərin Azərbaycana məxsus tarixi abidələri məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir. Bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost və qardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir.

trend_mubariz_gurbanli_160718

Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri Yerevanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, Yerevanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik.Çünki İran İslam Respublikası bizə dost və qardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.

M. Qurbanlı qeyd edib ki, ermənilər təmir adı altında Azərbaycan irsinə xələl gətirməyə çalışırlar:

“Ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib.Ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib. Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik”.

Etikxeber.az

Read Previous

Parlamentin növbəti iclası – OKTYABRIN 18-DƏ KEÇİRİLƏCƏK

Read Next

“İstədiklərinə nail ola bilmədilər…” – DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0