“Ermənilər yoldaşımı avtomatla atəş açıb öldürdülər, daha sonra həyətdəki ot tayasına ataraq od vurub yandırdılar…” – BAĞANIS-AYQIRIM SOYQIRIMINDAN 30 il KEÇİR

Qazaxın Bağanıs- Ayrım kəndi XX əsrin sonlarında dünyanın ən dəhşətli faciəsini yaşadı.

Bu faciədən 30 il ötür. 1990-cı il martın 23-dən 24-ə keçən gecə kəndə 3 istiqamətdən daxil olan erməni silahlıları insanlara aman vermədən 7 dinc sakini diri-diri yandırıb, evləri talan ediblər. Bununla da Bağanıs Ayrım Qazax rayonunun ermənilər tərəfindən işğal edilmiş ilk kəndi kimi tarixə düşüb…

Etikxeber.az xəbər verir ki, Bağanıs -Ayrım hərbi əhəmiyyətə malik coğrafi mövqeyə malik idi.

Ermənistanın İcevan rayonundan Noyamberyana gedən magistral avtomobil yolu Bağanıs- Ayrımdan keçirdi.

Bu yol həm də Ermənistanı Gürcüstanla birləşdirirdi. Ermənilər Bağanıs -Ayrım kəndinə hücum zamanı kənd sakini Alməmməd Məhərrəmovu ot tayasının içərisinə atıb orada diri-diri yandırıblar. Həmin gecə, ümumilikdə, 7 sakinə olmazın işgəncələr verərək qətlə yetiriblər.

Bu dəhşətli hadisəni kənd sakini Həmayıl Məhərrəmova belə xatırlayır:

“Həmin gün kəndə girən ermənilər qonşuluqdakı evləri, qaynımgilin və bizim evləri yandırdılar. Yoldaşım bizi çarpayının altında gizlətmişdi. Ermənilər evlərimizi yandıranda yoldaşımı avtomat silahla atəş açıb öldürdülər. Daha sonra həyətdəki ot tayasının içinə ataraq od vurub yandırdılar…”

Ermənilərin törətdiyi soyqırımın qurbanı olan bağanıs- ayrımlılar indi Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar…

Etikxeber.az

Read Previous

15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

“İşçiləri ixtisar etməsinlər, sahibkarlara xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir