Ermənilərin fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb-MN

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Etikxeber.az

Read Previous

Bərdəli və Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidləri-Turqut Zeynalov və Əbülhəsən Həsənzadə: HƏR İKİ ŞƏHİDİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalovun Cənnətdəki üçüncü doğum günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir