“Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır”- TÜRKİYƏ XİN

Erməni silahlı qüvvələrinin  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik. 

Etikxeber.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının  göstəricisidir:

“Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz  işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır”.

Bəyanatda daha sonra bildirilib ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli,  qanun və məntiq yolunu seçməlidir: 

“Avantürizmi qəbul etməklə, Ermənistan bir daha  zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır. Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri  beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək” (APA).

Etikxeber.az

Read Previous

“XİN bu gün Prezident İlham Əliyevin fəaliyyət sürəti ilə ayaqlaşmır, ona görə artıq Nazirliyin həm strukturunda, həm də rəhbərliyində dəyişiklik zərurətdir”-BƏHRUZ MƏHƏRRƏMOVDAN XİN-Ə KƏSKİN İTTİHAMLAR

Read Next

“Bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir…”-ƏFLATUN AMAŞOV ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir