“Ermənistan bu məhkmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi, amma…”-AYDIN MİRZƏZADƏ

Dünən Avropa İnsan Haqları Məhkəməsi (AHİM) iki nəfər erməninin Azərbaycana və Macarıstana qarşı iddiası üzrə qərar qəbul edib.

Qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

Məhkəmədə Ermənistan vətəndaşlarının hüquqlarını bu sahədə xüsusi ixtisaslaşmış Britaniya hüquqşünasları müdafiə edirdi.İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

O, kurs yoldaşı, milliyyətcə erməni olan Qurqen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub.

2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi AİHM-ə şikayət edib.

Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi İnsan Haqları üzrə Avropa Konvensiyanın 2-ci maddəsinə uyğun olmayıb.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.

Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun.AİHM – in qəbul etdiyi qərarda göstərilir ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib.

Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər. Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir.

Bu isə Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir.Ermənilərin digər iddiaları rədd edilib.

AİHM öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.

Avropa Məhkəməsinin R. Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur. Erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışırdı.

Onların bu iddiası təmin edilməyib. AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb.

Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq faktiki olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas şey budur.

Bu qərar ümumi tədbirlər baxımında Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib.

Təəssü fki, Avropa məhkəməsi hadisənin başvermə səbəbini araşdrmayıb və bu barədə qərarda heç bir istinad yoxdur. Səbə isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondaç çox vətəndaşamızı öz torpaqlarından qovması, on minlərlə vətəndaşlarımızı həyatdan məhrum etməsidir. Nəticə olaraq isə bir çox fəsadlar törənib, R. Səfərov da bunun mənəvi qurbanlarından biridir.

Həmçinin, Budapeştdə tədbir zamanı erməni zabitlərinin daima Azərbaycan nümayəndəsini və Azərbaycan dövlət atributlarını təhqir etməsi də hadisədə az rol oynamayıb. Ermənistan bu məhkmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi.

Bu isə onlarda alınmadı.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Açdıqları çay süfrəsinin arxasında söhbət etdik…”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏSİNƏ, QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ BAŞ ÇƏKDİ… – FOTOLAR

Read Next

Daha 165 yoluxma-DAHA İKİ ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir