“Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub…”-MÜDAFİƏ NAZİRLİYİ – AĞDAM VƏ TƏRTƏR YENİDƏN ATƏŞ ALTINDA – NAZİRLİKDƏN TƏKZİB – DÜŞMƏNİN DAHA İKİ “QRAD”I MƏHV EDİLDİ -YENİLƏNİB – (3) – FOTO-VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

09:45

***

Düşmən yenidən Ağdam və Tərtəri atəşə tutmaqdadır.

Təxminən 15-20 dəqiqə olar ki, hər iki rayon atəşə tutulur.

Bu haqda isə AzTV-nin yerli müxbirləri məlumat veriblər.

10:12

***

Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb.

MN-dən bildirilib ki, işğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik:

13:12

***

Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə MN-dən bildirilib.

16:42

***

Düşmənin iki ədəd “Qrad”ı məhv edilib.

Qeyd edilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Giorgi Qaxariyaya zəng və-ONU TƏBRİK ETDİ

Read Next

Yoluxmada növbəti artım-1175 – DAHA 10 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir