“Ermənistan növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır”-XİN – YENİLƏNİB

Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər.

Etikxeber.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.

“Bu qeyri-qanuni qurumun “prezidentinin” planlaşdırılan qondarma “seçkiləri” son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil”, – qeyd olunub.

Brifinqdə qeyd olunanların Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərməsi də vurğulanıb:

“Bu, beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir.

Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir.

Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir”.

***

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur.

Bu barədə də XİN-in diplomatik korpus üçün bölgədəki vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirilib.

“Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının “ildönümü” münasibətilə qondarma “təbrik mesajı” verərək daha bir son dərəcə təxribatçı addım atdı.

Ermənistan baş naziri bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ”na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi.

Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu”, – deyə brifinqdə bildirilib.

Etikxeber.az

Read Previous

Dolu düşəcək, sulu qar yağacaq, temperatur 5-8-DƏRƏCƏ AŞAĞI ENƏCƏK

Read Next

Qanunsuz erməni silahlıları Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir