Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının-SAYI AÇIQLANDI – RƏSMİ

Müzəffər Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılmış işğalçı Ermənistan və Ermənistan ordusunun məhv olunmuş texnikasının sayı məlum olub.

Eyni zamanda, düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasının sayı açıqlanıb.

Etikxeber.az xəbər verir ki, bu haqda Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində məlumat verib.

İ. Əliyevin müraciətinin həmin hissəsini təqdim edirik:

“Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr – 53 dənə, “Smerç” – dörd dənə, “Qrad” – 97 dənə, “Uraqan” – 2, “YARS” – 1, TOS odsaçan – 1, “S-300” zenit-raket kompleksləri – 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası – 1 dənə, “TOR” zenit-raket kompleksi – 5 dənə, “Osa” zenit-raket kompleksi – 40 dənə, “KUB” zenit-raket kompleksi – 4 dənə, “KRUQ” zenit-raket kompleksi – 1 dənə, zastava – 14 dənə, “S-125” zenit-raket kompleksi – 2 dənə, pilotsuz uçuş aparatları – 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2, ballistik raket – 1, “Toçka-U” raket kompleksi – 1, radioelektron mübarizə vasitələri – 5 dənə, “R-142” komanda qərargah maşını – 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası – 1 dənə, müxtəlif radiolokasiya stansiyaları – 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi – 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”.

Etikxeber.az

Read Previous

“Bu, iflasa uğramış ölkədir…Hər kəs üçün bu, dərs olmalıdır…”-Ali Baş Komandan Laçının işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqını-TƏBRİK ETDİ- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Biz artıq torpaqlarımızın işğalına son qoymuşuq, məğlub edilmiş xalqdan Qalib xalqa çevrilmişik, Zəfər, Qələbə qazanmışıq…Laçın bizimdir, Qarabağ Azərbaycandır!”-ELDAR İBRAHİMOV ALİ BAŞ KOMANDANA VƏ AZƏRBAYCAN ORDUSUNA MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir