Ermənistan öz aqibətini çox gec də olsa düşünməlidir – SƏFƏROV

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamından sonra bir daha əmin olduq ki, işğal edilmiş bütün torpaqlarımızın azad olunacağı və o torpaqlara qayıdacağımız gün uzaqda deyil.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Bayram Səfərov qeyd edib ki, dövlətimizin başçısının bu qərarı aprel döyüşlərinin uğurlu nəticəsidir. Azərbaycan Prezidentinin bu Sərəncamı ilə məcburi köçkünlərin doğma torpaqlarına böyük qayıdışının əsası qoyuldu.

İctimai Birliyin sədri vurğulayıb ki, Ermənistan öz aqibətini çox gec də olsa düşünməlidir. Bu ölkənin cinayətkar rəhbərliyi son dövrlərdə cərəyan edən siyasi, hərbi, iqtisadi proseslərdən nəticə çıxarmalıdır. Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək. Azərbaycan Ordusu buna qadirdir və buna heç bir qüvvə mane ola bilməz. Prezident İlham Əliyev də bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

Bayram Səfərov

Read Previous

Ziya Məmmədovun daha bir səlahiyyətini əlindən alındı…

Read Next

“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir