“Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir”-XİN

Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın Azərbaycana təcavüzü olub.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın fikirlərinə cavab olaraq “Twitter” hesabında bildirib.

O, sonra qeyd edib:

“Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yalan xəbər yayır. Deyəsən xarici işlər nazirinin tarix dərslərinə ehtiyacı var: Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub. Ermənistan hələ də Azərbaycanın 95 kv.km-ə yaxın ərazisi olan 8 kəndi işğal altında saxlayır, 10000 erməni silahlı qüvvəsini Azərbaycan ərazilərindən çıxarmayıb. Ermənistan Üçtərəfli Bəyanatı pozaraq öz ərazisində maneəsiz kommunikasiya və transportu açmaqdan çəkinir.

Ermənistan XİN başçısının istinad etdiyi saxlanılanlar Üçtərəfli Bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələblərini rədd edib. Əksinə, Ermənistan hələ də itkin düşmüş 3800 şəxs barədə məlumat vermir.

Ermənistan 1 milyona yaxın azərbaycanlını Ermənistandan və Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qoyub və hələ də qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə geri qayıtmasına mane yaradır.

Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir”.

Etikxeber.az

Read Previous

MN Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə növbəti qanunsuz hərbi daşımalar barədə-GÖRÜNTÜLƏR YAYDI – VİDEO

Read Next

Üç medal və bir ordenli, subay, tək övlad-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏNİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir