Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizə qarşı zərbə PUA-sı tətbiq etdi-DAHA İKİ HƏRBÇİMİZ YARALANDI – YENİLƏNİB

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Etikxeber.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür”, MN-dən bildirilib.

11:07

***

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

Bu barədə isə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Read Next

“Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-MN BƏYANAT VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir