Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.
Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
***
Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerlə yeksan edilib.
Bu barədə də Müdafiə Nazirliyindən bildirilib.
09:50
***
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.
Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.
Etikxeber.az