Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki videomüşahidə vasitəsi ələ keçirildi – FOTO

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən mövqelərindən birində quraşdırılmış videomüşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir videomüşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.

Etikxeber.az

Read Previous

2018- ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb – NAZİR – YENİLƏNİB (2)

Read Next

“FETÖ”-yə ən böyük dəstək verən elə CXP-lilərdir: Kamal Kılıcdaroğlu, Mahmut Tanal…” – PETEK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir