“Ermənistan sülhə razı olmasa…” – MİLLƏT VƏKİLİ

Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları çoxalıb. 
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov 2019-cu ilin 6 ayının yekunlarına, Azərbaycanın mövcud istimai-siyasi, beynəlxalq durumuna münasibətini bildirərkən deyib.
Millət vəkili bildirib ki, 2019-cu ilin əvvəlindən ölkəmizin həyatında vətəndaşların razılıqla qarşıladığı, Azərbaycanın inkişafına, insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən müsbət hadisələr baş verib:
“Cari ilin ilk 6 ayı ərzində siyasi baxımdan Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları çoxalıb. Bu isə nəticə etibarı ilə 30 ildən artıqdır davam edən Qarabağ probleminin sülh danışıqları yolu ilə həllində Azərbaycanın mövqelərinin daha da güclənməsinə, möhkəmlənməsinə səbəb olub. Bu problem gec-tez bizim xeyrimizə həll olunacaq, çünki haqq, ədalət bizim tərəfimizdədir. Ermənistan sülhlə razılığa gəlməsə, Azərbaycan bu problemi başqa yolla öz xeyrinə çözəcək. Ermənistan və onların havadarları bunu anlamalıdır. Onlar Aprel zəfərini, “Cünnüt əməliyyat”ını unutmasınlar…
Ümumilikdə, Azərbaycan Cənubi Qafqazda sabitlik, əmin-amanlıq adası, multikulturalizm və tolerantlıq ənənələrini yaşadan, beynəlxalq miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb. Beynəlxalq forumların Azərbaycanda keçirilməsi, böyük dövlətləri təmsil edən ali hərbi rəhbərlərin dialoq məkanı kimi paytaxt Bakını seçməsi ölkəmizin inkişafını göstərməklə bərabər, həm də bizə olan inamın, etibarın nümayişidir. Hesab edirəm ki, ötən 6 ayda bu inam və etibar artıb, beynəlxalq aləmdə mövqelərimiz bir qədər də möhkəmlənib”. 
ILHAM-HARBI-1
qosun-3
DENİZZZ-1
Onun sözlərinə görə, 2019-cu ilin 6 ayı Azərbaycan üçün sosial-iqtisadi baxımdan xüsusilə əlamətdardır.
“Təkcə birinci rübdə 40 min ödənişli ictimai iş yeri açılıb və 35 min vətəndaş ödənişli ictimai işlərlə təmin edilib. Təbii olaraq sonrakı dövrlərdə bu istiqamətdə davamlı addımlar atılıb. Eyni zamanda cari ilin birinci rübündə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar sayəsində 3 milyon vətəndaşın sosial vəziyyəti daha da yaxşılaşıb. Pensiyalar, müavinətlər, əməkhaqları, təqaüdlər artırılıb, şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının, həmçinin problemli kreditlərin, yeni tikilən çoxmənzilli binaların sənədləşməsinin, qeydiyyatının həlli, çoxuşaqlı ailələrə, valideyn himayəsindən məhrum olan uşaqlara qayğı istiqamətində mühüm addımlar atılıb.
Prezident İlham Əliyevin ikinci rübdə – 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlar və yeni qanunvericilik təşəbbüsü isə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib. Xüsusilə qeyd edilməlidir ki, son sərəncamlardan sonra minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini artırması nəticəsində baş verir. Çünki, iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artıqca, ölkədə müxtəlif sahələrlə bərabər, sosial sferada da ciddi addımlar atılır. Ümumilikdə 2019-cu ilin ilk 6 ayı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Evləri və kənd təsərrüfatı sahələrini sel basdı – XAÇMAZDA – FOTO

Read Next

“Yaşlıdır deyə, gedib evdə nəvə-nəticə oynatmalıdırlar?” – TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir