“Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır…”-SEVİNC HÜSEYNOVA

İyulun 12-dən başlayaraq işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev baş verən bu hadisələrlə bağlı geniş şəkildə fikirlərini bildirib, ictimaiyyətə ətraflı məlumat verib. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Amma bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.
Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev son günlər ərzində baş vermiş hərbi toqquşmanı bizim növbəti şanlı qələbəmiz kimi səciyyələndirib. Dövlət başçısnın dediyi kimi, 2020-ci il 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl ataraq yaşayış məntəqələrini atəşə tutub və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova dilə gətirib.

Qeyd edib ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz.

“…Ancaq son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərib. Heç kimə sirr deyil ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu məqama toxunan cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanda xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Amma bu vədlərin heç birini yerinə yetirə bilmir. Belə ki, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. Bu isə işğalçı ölkənin nə qədər ağır durumda olduğunu və Paşinyan diktatura hakimiyyətinin əhalini düşdüyü ağır vəziyyətdən diqqətini yayındırmaq üçün bu cür təxribatlara əl atmasını göstərir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

369 yeni yoluxma-9 ölüm…-PREZİDENTİN KÖMƏKÇİSİ YOLUXMALARIN SAYININ AZALMASININ SEVİNDİRİCİ OLDUĞUNU, “BÜTÜN CƏBHƏLƏRDƏ QALİB GƏLƏCƏYİK”- DEDİ – BƏS, RAYONLARA GEDİŞ-GƏLİŞƏ İCAZƏ VERİLƏCƏKMİ, BÜDCƏYƏ DƏYİŞİKLİK EDİLƏCƏKMİ? – YENİLƏNİB – (7)

Read Next

“Azərbaycan dövləti, Azərbaycan Ordusu işğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatının qarşısını aldı, böyük itkilər verdirərək, geri oturtdu…Nəticə çıxarmasalar, daha betərini yaşayacaqlar…”-ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir