Ermənistan yeni atəşkəs rejimini də-POZDU – MN MƏLUMAT YAYDI – DÜŞMƏN LAÇIN ŞƏHƏRİNDƏN RAYONUN SƏFİYAN KƏNDİNİ, HƏMÇİNİN, TƏRTƏRİ, FÜZULİNİ, AĞDAMI, QUBADLINI VƏ AĞCABƏDİNİ ATƏŞƏ TUTDU – ERMƏNİLƏR TƏRTƏRİ “SMERÇ”-LƏ VURDU – YENİLƏNİB – (5)

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

08:11

***

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir.

MN-dən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

08:30

***

Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Bu barədə də məlumatı MN yayıb.

08:44

***

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə MN-dən bildirilib.

08:50

***

Düşmən bölmələrimizi atəşə tutur.

MN-dən qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

09:58

***

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

Bu haqda da MN-dən bildirilib.

12:20

***

Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.

MN-dən bildirilib ki, oktyabrın 26-da saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

Etikxeber.az

Read Previous

“Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar?…Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar… “-İlham Əliyev növbəti dəfə-XALQA MÜRACİƏT ETDİ – DAHA 17 KƏND VƏ 1 ŞƏHƏR İŞĞALDAN AZAD OLUNDU – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“İnformasiya cəbhəsində yazılan Zəfər…Qubadlıya Zəfər yürüşü…Davamı gələcək-bu gün də, sabah da…”-MİLLƏT VƏKİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir