Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistanın kapitulyasiyası Cənubi Qafqaz regionunda siyasi mənzərəni xeyli dəyişdi.
Azərbaycan və onun timsalında Türkiyənin qələbəsi bölgədə ölkəmiz adına yeni imkanlar açacaq.
Qarabağda yeni infrastruktur layihələri, iqtisadi paketlər, turizm imkanlarının genişləndirilməsi qarşıda duran əsas məqsədlərdəndir.
Əslində, Ermənistanın bu kimi proyektlərdən kənarda qalması regionda bir sıra əngəllər törədir.
Məsələn, Avropaya nəql olunan qazın Gürcüstan ərazisindən keçməsi daha çox xərclərə yol açır ki, bu da Azərbaycanın büdcəsinə müəyyən qədər təsir edir.
Ona görə, Türkiyə ümumilikdə region adına Cənubi Qafqaz ölkələrinin birgə iqtisadi layihələrə qoşulmasında, o cümlədən, Ermənistanın da iştirakını nəzərdə tutan paketlərin imzalanmasında maraqlı idi.
Kəmərin müəyyən hissəsinin bir başa Ermənistan ərazisindən keçməsi, hər iki tərəfə də sərfedici olardı.

Nəzərə alsaq ki, bu ildən etibarən Türkiyə Azərbaycanda yeni sərmayə qoyuluşunu və investisiya yatırımlarını genişləndirəcək.
Məhz bu səbəbdən, Ermənistanla iş birliyinə etiraz etməzdi.
Üçtərəfli razılaşma çox unikal təklif idi.
Lakin Ermənistan iqtidarının Türkiyəyə yeni “sanksiya” tətbiq etməsi çox gülünc oldu.
Görünür, Ermənistan tərəfinin buna “ehtiyacı yoxdur”.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Ermənistan birbaşa Türk mallarını boykot etməsi ilə düşünür ki, bu, Türkiyədə erməni “bazarlarına” ehtiyac yaradacaq və Türkiyə Azərbaycana dəstəyini dayandırdığı təqdirdə, 6 ay ərzində Ermənistan tərəfi də sanksiyanı götürəcək.
Ümumiyyətlə, Ermənistanın strategiyasız siyasəti öz iradəsindən asılı deyil və sadəcə, ərazidə “maşa” funksiyasını daşıyır.
Maliyyələşdirildiyi fondların, qüvvələrin maraqlarına oynayır deyə, özünü dövlət kimi sübut edə bilmir.
Ona görə də atdığı hər addım özü özünü uçuruma aparır.
Üstəlik, Türkiyəyə sanksiya tətbiq etməsi, məğlub ölkənin ikinci iqtisadi itkisidir və belə davam edəcəyi halda, onlar heç nəyə nail ola bilməyəcəklər.
Təbii ki, itirən biz yox, yenə Ermənistan tərəfi olacaq!..
Fuad QARAYEV,
Gənc siyasi şərhçi
Etikxeber.az




