Ermənistanda səslərin sayılması başa çatdı-PAŞİNYANIN PARTİYASI QALİBDİR… – YENİLƏNİB

Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə parlament seçkilərinin nəticələri 2006 seçki məntəqəsindən yalnız 1296-sı üzrə açıqlanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Beləliklə, bülletenlərin 55,95 faizi emal olunub.

İlkin nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 414 min 608 səs və ya 50,86 faizlə liderlik edir.

İkinci yerdə 189 min 50 səslə və ya 23,19 faiz nəticə ilə “Güclü Ermənistan” partiyalar bloku qərarlaşıb.

Üçüncü yeri 78 min 275 səslə və ya 9,6 faiz nəticə göstərən “Ermənistan” bloku tutur.

Dördüncü yerdə 33 min 417 səslə və ya 4,1 faiz nəticə əldə edən “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb.

Beşinci sırada isə 18 min 720 səslə və ya 2,3 faiz nəticə göstərən “Birlik Qanadları” Partiyası yer alıb.

07:17

***

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb.

Bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.

“Vətəndaş Müqaviləsi” Partiyası 49,81% (727 160 səs), “Güclü Ermənistan” bloku 23,29% (340 062 səs), “Ermənistan” bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.

Beşinci yerdə qərarlaşan “Birlik Qanadları” partiyası 2,30% (33.618 səs) səs toplayıb.

Etikxeber.az

Read Previous

Paşinyan nəyin və kimin sayəsində qalib gəldi?-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

33 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir