“Ermənistanda gedən siyasi proseslər, Azərbaycana qarşı revanşist qüvvələrin meydana gəlməsi onun özünə ziyandır…”-MİLLƏT VƏKİLİ

İyun ayının 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla ABŞ Dövlət Katibinin, Avropa İttifaqı Şurası Prezidentinin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik və töhfələri sayəsində Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verməsi müqabilində 15 erməni əsir Ermənistana qaytarılıb. ABŞ başda olmaqla dünya dövlətləri və beynəlxalq təşkilatlar əmin oldular ki, işğal müddətində ermənilər bu əraziləri xarabalıqlara çevirib, bu torpaqların hər metrinə mina basdırıblar. Ermənilərin niyyəti bu torpaqlarda qurub yaratmaq, yaşamaq deyil, işğal etmək olub.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Ermənilərin məqsədlərinin azərbaycanlılara qarşı soyqırımı törədib, onları öz ata ocaqlarından didərgin salmaq olduğunu vurğulayan deputat bildirib ki, bu xalq 200 ildən artıqdır ki, Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları irəli sürür:

“Bütün dünyaya özlərini məzlum və əzabkeş xalq kimi təqdim edirlər. Ermənistan dünyada yeganə dövlətdir ki, öz konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib.

Minalanmış ərazilərin xəritələrinin erməni əsirlərin geri qaytarılması müqabilində Azərbaycan tərəfinə təqdim olunması bir daha ermənilərin necə riyakar olduqlarını sübut edir”.

K.Əliyevanın sözlərinə görə, bütün dünya bir daha şahid oldu ki, Ermənistanın əksinə olaraq Azərbaycan regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün bütün humanitar təşəbbüslərin tərəfdarıdır.

“Ermənilər digər minalanmış sahələrin də xəritələrini nə qədər tez Azərbaycan tərəfinə verərsə, istər Ağdamda, istərsə də digər torpaqlarımızda yenidənqurma işləri sürətlənər, məcburi köçkünlərin öz ata ocaqlarına qayıtması tez baş verər. Erməni tərəfi bunu təmənnasız və qeyd-şərtsiz edərsə, gələcəkdə Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürməzsə, qonşu dövlətlərlə qonşuluq, mehribançılıq siyasətini yürüdərsə, regionda sülh və əmin-amanlıq bərqərar olar. Əslində, bu, Ermənistanın gələcək inkişafı üçün vacibdir.

Bu gün Ermənistanda gedən siyasi proseslər, Azərbaycana qarşı revanşist qüvvələrin meydana gəlməsi onun özünə ziyandır. Ümid etmək istərdik ki, yaxın vaxtlarda Ermənistanda sağlam düşüncəli insanlar hakimiyyətə gələcək. O zaman bölgədə sülh və əmin-amanlıq yaranar, regiondakı bütün xalqlar rifah halında yaşayarlar”– deyə, K. Əliyeva fikirlərini yekunlaşdırıb.

Etikxeber.az

Read Previous

Cavidan İbrahimli…20 yaşında Şəhid oldu…Atası dərdinə dözə bilmədi, qırxına yaxın dünyasını dəyişdi…86 YAŞLI HİKKƏLİ NƏNƏ İSƏ ANASI VƏ QARDAŞLARINI EVDƏN KÜÇƏYƏ ATDI…

Read Next

Ucarda anadan oldu, Bakıda yaşadı, Füzulidə Şəhid oldu…İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN İKİ MEDALLI ŞƏHİDİMİZ-ORXAN İSMAYILIOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir