“Ermənistanı “3+2″ formatındakı bəyanatlara qoşulmağa dəvət edirik” – XİN

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. 

Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz.

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nairliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 “Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik. 

Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər.

Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar-deyə, XİN rəsmisi sonra deyib.

Etikxeber.az

Read Previous

Avroliqanın bütün yarımfinalçıları məlum oldu: NƏTİCƏLƏR – FOTOLAR

Read Next

Moskva danışıqları: Ümidsizlik nədən qaynaqlanır? – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir