“Ermənistanı ağır məğlubiyyət və cəza gözləyir”-MUSA QULİYEV YAZDI

Dünən axşam Ermənistanın quldur ordusu yenə təxribat törətdi, Tovuz rayonunu Ağdam kəndi ərazisində sərhədimizi qoruyan əsgərlərimizi ağır çaplı silahlardan atəşə tutdu və hücuma keçməyə cəhd göstərdi.

Qəhrəman ordumuz tərəfindən düşmən ağır itki verərək geri oturduldu.

Düşmən təxribatını dəf edərkən 4 igidimiz qəhrəmancasına şəhid oldu, yaralılarımız var. Şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm, əzizlərinə baş sağlığı verirəm. Yaralılarımıza şəfa diləyirəm, tezliklə sağalıb xidmətlərinə dönməyi, ailələrinə qovuşmalarını arzulayıram.

Ermənistan panika içərisindədir, Paşinyan hökuməti ələ keçirəndən bu ölkədə yaranan xaos getdikcə dərinləşir və artıq idarə olunmaz vəziyyətdədir.Koraonavirus pandemiyası onsuz da dilənçi kökündə yaşayan düşmən ölkəni iflic olmaq vəziyyətinə gətirib çıxarıb. Paşinyan iqtidarına siyasi və hərbi müxalifətdə dayanan qüvvələrin aktiv şəkildə birləşərək fəallaşması, onsuz da sabit siyasi xətti və mövqeyi olmayan baş naziri çətin duruma salıb.

Azərbaycan Ordusunun güclənməsi və xüsusi ilə cənab Prezident İlham Əliyevin Soçidə, Aşqabadda, Münxendə öz parlaq nitqləri və dəqiq diplomatik gedişləri ilə erməni siyasətini və şəxsən Paşinyanı yerlə bir etməsi işğalçı Ermənistanı fiaskoya uğratdı. İndi suda boğulan saman çöpündən yapışdığı kimi öz zibilində boğulan Nikol daxildə günbəgün artan narazılığın ağırlıq mərkəzini cəbhə xəttinə yönəltməklə diqqəti problemlərdən yayındırmağa, Azərbaycanın hücumuna qarşı milli birlik və etimad çağrışları etməklə başı üstündə çaxmaqda olan ildırımlardan qorunmağa çalışır.

Azərbaycanın beynəlxalq nüfuzunun gündən- günə yüksəlməsi də ermənilərin kürkünə birə salıb. COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın prezidenti cənab İlham Əliyevin dünya miqyasında dəstəklənən fəal mövqeyi, BMT ilə sıx əməkdaşlığımız, Azərbaycanın təşıbbüsü ilə koronavirusla mübarizədə beynəlxalq tədbirlərin keçirilməsi, xüsusi ilə COVİD-19 ilə mübarizəyə həsr olunmuş BMT- nin xüsusi sessiyasının çağırılması barədə cənab İlham Əliyevin müraciətinin dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi düşmən ölkənin miskin durumunu daha da açınacaqlı vəziyyətə salmışdır.

Məhz cəbhədə təxribat bu səbəbdən Ermənistana lazım olmuşdur.Digər tərəfdən Ermənistanın xarici işlər naziri KTMT-nın baş katibinə zəng vuraraq Azərbaycanın hücumundan Ermənistanı müdafiə etməsini istəmişdir. Bununla erməni iqtidarı bir tərəfdən təxribatı qarşı tərəfin üzərinə qoymağa, digər tərəfdən isə, danışıqları daha da uzatmağa vaxt qazanmaq niyyəti güdürlər.

Bəli, özlərini yazıq göstərmək və hər kəsdən yardım dilənmək bu toplumun köhnə xasiyyətidir. Bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan Milli Ordumuz bütün göstəricilərinə görə erməniləri dəfələrlə üstələyir.Hər dəfə Azərbaycan Ordusunun ağır zərbəsini görən Ermənistan kötək dəymiş küçük kimi zingildəyərək qaçıb sahibibin sapoqunu yaladığı kimi, yenə də kənar güclərin himayəsinə sığınacağını düşünür.

Amma Milli Ordumuzun gücü, qəhrəman oğullarımızın vətənpərvərlik ruhu qarşısında heç bir düşmən qüvvəsi dayana bilməyəcəkdir.

İşğalçı Ermənistanı ağır məğlubiyyət və cəza gözləyir.

Musa QULİYEV (URUD),

16:50

Millət vəkili

Read Previous

“Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi…”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Sadəcə, qardaşlarımız olduğu üçün deyil, işgalçıya qarşı topraqlarını müdafiə etdikləri üçün də yanlarındayıq, hər zaman da yanlarında olacağıq”-AKŞƏNƏRDƏN AZƏRBAYCANA DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir