“Ermənistanın Azərbaycan tərəfinin daha çox insan itkisi verməsinə çalışması erməni faşizminin növbəti təzahürüdür”-MİLLƏT VƏKİLİ

Ermənistan hakimiyyəti beynəlxalq humanitar hüququn qaydalarına yenə də məhəl qoymur, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmənlərdən azad etdiyi torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. İşğaldan azad edilmiş ərazilər uzun illər Ermənistan tərəfindən sistemli qaydada minalanıb. Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalinin hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi cinayətlərini davam etdirir, eyni zamanda, beynəlxalq öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Pərvin Kərimzadə bildirib.

Deputat deyib ki, əslində, Ermənistan dünyanın gözü qarşısında Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini davam etdirir. Çünki minalanmış sahələrin xəritələrini Azərbaycana verməməklə Ermənistan dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə məhkum edir:

“2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə Bəyanatdan ötən aylar ərzində Azərbaycan vətəndaşları – hərbi qulluqçular və mülki şəxslər Qarabağdakı mina partlayışlarının qurbanı olublar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ötən il sentyabrın 27-dən etibarən həyata keçirdiyi mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatı nəticəsində 16 milyon kvadratmetrdən artıq ərazi yoxlanılıb, piyada və tank əleyhinə 10 minə yaxın mina, çox sayda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minatəmizləmə əməliyyatına mane olur…

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi hazırda dövlətimiz üçün prioritet istiqamətdir və bərpa prosesinin, Böyük Qayıdışın vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini verməməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Həmçinin Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə maneə törədir. Yalnız ərazilər minalardan təmizləndikdən sonra Qarabağda həyat canlana, infrastruktur yaradıla bilər. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə daha çox diqqət yetirməli, beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməli və onu minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməlidirlər”.

Vətən müharibəsində dünya ictimaiyyətinin erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin həddi-hüdudunun olmadığına şahidlik etdiyini deyən deputat vurğulayıb ki, illərdir düşmən tapdağı altında qalan torpaqlarımız, şəhər, rayon, kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən darmadağın edilib, infrastruktur, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olunub, dinc sakinlər qətlə yetirilib:

“Çox təəssüflər olsun ki, hələ də Ermənistan bütün dünyanın gözü önündə törətdiyi müharibə cinayətlərini davam edir. Mərd, igid əsgərlərimizlə üzbəüz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında ardıcıl olaraq aldıqları zərbənin heyfini 30 il ərzində işğal altında saxladıqları ərazilərə yerləşdirdikləri minaların, partlamamış mərmilərin xəritəsini verməməklə çıxırlar”.

Deputat diqqətə çatdırıb ki, dinc əhalini, qocanı, körpələri, azyaşlıları hədəfə götürməkdən çəkinməyən, gözünü qan örtən erməni vandallarının minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi 30 il əvvəl əzəli-əbədi torpaqlarından zorla məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışının təhlükəsizliyinə ciddi zərbə olmaqla yanaşı, həm də müharibə cinayətidir:

“Ermənistanın Azərbaycan tərəfinin daha çox insan itkisi verməsinə çalışması erməni faşizminin növbəti təzahürüdür”.

Etikxeber.az

Read Previous

“Şəhəriçi yollarda postların qurulması, uzun tıxacların yaranması kimi gərginlik yaradan tədbirlərdən çəkinməliyik…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Read Next

Millət vəkili Qırğızıstandakı referendumu-MÜŞAHİDƏ EDƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir