Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alındı -MN – FOTO

İyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

armani

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb. İtkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Etikxeber.az

Read Previous

Dünya çempionu hansı milli olacaq, deputatlar hansı komandanı deyir? – RƏYLƏR

Read Next

Çökən yola görə 2 marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti dəyişdirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir