Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi-BAŞLANDI

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında ildirib ki, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır:

“Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”

Etikxeber.az

Read Previous

“Yataqxanada təkbaşına böyütdüyüm tək oğlumu Əbədiyyətə uğurladığım gün atamı da itirdim…Eyni gündə iki ağır, iki dəhşətli itki, acı yaşadım…”-İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, BEŞ MEDAL VƏ BİR ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİZAMİN MUSTAFALININ ANASI ÜLVİYYƏ NƏBİYEVA

Read Next

“Sərhəddə baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir