Ermənistanın öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir-ƏRDOĞAN

Üçtərəfli Bəyannamədən iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik”-deyən Ərdoğan iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla da danışdığını qeyd edib.

“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyannamədən iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”-deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

Prezident daha iki səfirin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Daha 452 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir