“Ermənistanın Qırğızıstanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistanın liderlərinin və xarici işlər nazirlərinin görüşündən imtina etməsindən təəssüflənirik”-XİN RƏSMİSİ

Biz Ermənistanın bu gün Qırğızıstan Respublikasında keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistanın liderlərinin və xarici işlər nazirlərinin görüşündən imtina etməsindən təəssüflənirik.

Etikxeber.az məlumat verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

Elnur Məmmədov qeyd edib ki, tərəflər arasında növbəti görüşün Avropa İttifaqının himayəsi altında bu ayın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulub.

O, görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətin, eyni zamanda, münaqişə başlayandan bəri köçkün düşmüş azərbaycanlılar və ermənilərin qayıdışı şərtlərinin müzakirə ediləcəyini bildirib.

Etikxeber.az

Read Previous

“Qarabağ” ordenli İkinci Vətən Müharibəsi Şəhidi, nəşi 12 gündən sonra Əbədiyyətə uğurlanan-ASƏF ƏSGƏROVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır…”-İLHAM ƏLİYEV PUTİNLƏ GÖRÜŞÜNDƏ BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir