Ermənistanın “şıltaqlığı”na son qoyulmalıdır – DEPUTATDAN TƏLƏB

Kamilə Əliyeva: “Metsamor”la bağlı Ermənistanın “şıltaqlığı”na son qoyulmalıdır

“Metsamor” AES-in fəaliyyəti artıq dayandırılmalıdır, təcavüzkar Ermənistanın bu məsələdə “şıltaqlığı”na nəhayət, son qoyulmalıdır.

Etikxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, “Metsamor” nəinki Azərbaycan, qardaş Türkiyə üçün, bütövlükdə bölgə və dünya üçün təhlükəlidir və təhlükə mənbəyi olaraq qalmaqdadır:

KAMILA

“Azərbaycan neçə illərdir ki, dünya birliyindən, beynəlxalq qurumlardan Ermənistana bu məsələdə ciddi təsir və təzyiq göstərilməsini, işğalçı, təcavüzkar ölkənin həmin stansiyanı bağlmağa məcbur edilməsini xahiş və tələb etsə də, çox təəssüflər olsun ki, ənənəvi olaraq susqunluq, laqeydlik, biganəlik nümayiş etdirilir. Yəni, bu məsələdə də kimsə Ermənistana “gözün üstə qaşın var” demək istəmir, yenə ikili standartlar ortaya qoyulur. Amma açı Cernobıl təcrübəsi ortadadır. Bu faciənin üstündən 30 ildən artıq vaxt ötsə də, onun vurduğu yaralar hələ də sağalmayıb. Necə ki, gec deyil – əslində çox illər iririlib – dünya birliyi, beynəlxalq qurumlar nəhayət, öz “müdrik” susqunluqlarından əl çəkib hərəkətə, konkret əməli fəaliyyətə keçməli, Ermənistana bu məsələdə ən ciddi basqılar göstərək, onu “Metsamor”u bağlmağa məcbur etməlidir. Yoxsa, bundan ziyan çəkən təkcə biz olmayacağıq, Ermənistanın nazı ilə oynayan, onun “könlünə” dəymək istəməyənlər də öz “paylar”ını alacaqlar, daha doğrusu, bunun məsuliyyətindən yaxa qurtara bilməyəcəklər. Odur ki, bir daha Azərbaycanın, ölkə ictimaiyyətinin bu məsələdə narahatlığını, haqlı etirazını bir daha əsaslı sayaraq, bir daha səsləndirərək bildirmək istəyirəm ki, “Metsamor” AES nəhayət, bağlanmalı, onun fəaliyyəti dayandırılmalıdır”.

Bu yerdə qeyd edək ki, artıq rəsmi Brüsselin Ermənistanda fəaliyyətdə olan atom elektrik stansiyasının bağlanması üçün fəal şəkildə təbliğat işləri apardığı, onun alternativ imkanlarla əvəzlənməsini təklif etdiyi iddia olunur.

Məlumatlara görə, hətta, Brüssel Ermənistanda “Metsamor” AES-in konservasiyası məqsədilə 200 milyon avro ayırmağı belə vəd edib.

Etikxeber.az

Read Previous

“İsa Qəmbərin vəziyyəti stabilləşməkdədir…” – FİRDOVSİ İBRAHİMOV – YENİLƏNİB

Read Next

“Can bahasına hökumətin yanındayıq!” – BAXÇALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir