“Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var”-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Etikxeber.az

Read Previous

“Dövlət başçımızın bəyan etdiyi kimi, Minsk qrupunun həmsədrləri erməniləri, işğalçını, Ermənistanı dayandırmır…. Minsk qrupunun bəyanatları birbaşa ünvanı, kəsəri olmayan dişsiz bəyanatlardır…”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

Ermənilərin növbəti təxribatı-VƏ VƏHŞİLİYİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir