Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsində -AZƏRBAYCAN BAYRAĞI UCALDILDI…

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Etikxeber.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən DSX-nın Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilib.

Etikxeber.az

Read Previous

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Suqovuşanda-MİNAYA DÜŞDÜ – YENİLƏNİB

Read Next

“Formula 1” günlərində Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir