“Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar…”-MÜDAFİƏ NAZİRLİYİ TOVUZ İSTİQAMƏTİNDƏ VƏZİYYƏTİN QEYRİ-STABİL OLDUĞUNU BİLDİRDİ – YENİLƏNİB

Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur. Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı.

“Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.

Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir” – deyə, MN rəsmisi vurğulayıb.

12:09

***

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır.

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

O, qeyd edib ki, əvvəlki günlərə baxanda bu gün ərazidə sakitlik hökm sürür: “Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi cəza tədbirlərindən sonra kəndlərin və yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısı alınıb. Buna baxmayaraq ön xətdə olan mövqelərimiz düşmən tərəfindən atəşə tutulmaqda davam edir. Bu istiqamətdə də düşmənin fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hazırda əməliyyat şəraiti tam nəzarət altındadır”.

V.Dərgahlı düşmən tərəfini itkilərini gizlətməkdə ittiham edib:

“Biz düşmənə qarşı həyata keçirdiyimiz əməliyyatların görüntülərini yayırıq. Görünən odur ki, düşmən itkilərini gizlədir. Bizdə olan məlumata görə, düşmən yüzlərlə itki verib. Lakin hər zaman olduğu kimi onlar itkilərini gizlədirlər”.

Etikxeber.az

Read Previous

Prezident şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə-EV VERDİ

Read Next

“Səhidlərimizin qisasını almaq və gözəl yurdumuzda erməni qanı axıtmaq nəsibim olar”-FƏZAİL AĞAMALININ OĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir