Erməni silahlıları Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərini atəşə tutub-MN

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Etikxeber.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

“Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, MN-dən bildirilib.

Etikxeber.az

Read Previous

Ailənin və tək subay oğlu, orden Haqqı hələ də tanınmayan, Ağdamda dünyaya gəlib, Ağdamda da Şəhid olan-MƏHƏMƏMMƏDƏLİ MƏHƏMMƏDƏLİZADƏN ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR

Read Next

İlham Əliyev Tatarıstan Prezidentini, BƏƏ-li naziri və Türkmənistanın vitse-premyerini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir