Erməni təcavüzü nəticəsində cəbhədən kənarda həlak olmuş şəxslər-ŞƏHİD SAYILIR – RƏSMİ

Yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

Etikxeber.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda əksini tapıb.

Qərara əsasən, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib, Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.

Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.

Etikxeber.az

Read Previous

Fəzail Ağamalı “Xilaskar” ordeninin təsis, ölkə Prezidentinin bu ordenlə təltif olunmasını-MƏLAHƏT İBRAHİMQIZI İSƏ ALİ BAŞ KOMANDANA “ORDU MARŞALI” RÜTBƏSİNİN VERİLMƏSİNİ TƏKLİF ETDİ

Read Next

“Son illərin statistikasına baxdıqda məlum olur ki, əsasən də mərkəzi icra hakimiyyəti orqanlarında müsabiqəyə çıxarılmış vəzifələrin çoxu vakant olaraq qalır…”-FATMA YILDIRIMDAN ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir