“Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Prezidentimiz Münhendə, Brüsseldə, eləcə də bir çox beynəlxalq çıxışlarında nəinki Qarabağdan danışır, həm də Zəngəzur, Göyçə və vaxtı ilə Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycan əraziləri ilə bağlı da mesajlar verir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı deyib.

“Möhtərəm Prezidentimiz xaricdə, beynəlxalq kürsülərdə, eləcə də, ölkəmizdə informasiya təbliğatı ilə bağlı ciddi mesajlar verir. O hər dəfə bizə, siyasətçilərərin, ziyalıların nəinki işğal altında olan Qarabağla, hətta, İrəvan, Zəngəzur, və Göyçə, Qərbi Azərbaycanla əlaqədar görməli vəzifə və məsuliyyətlərinin olduğunu xatırladır”-deyən M. İbrahimqızı eyni zamanda bildirib ki, dövlətimiz istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür:

“Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta, bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Polisin də gücü çatmır: Bu məqamda əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə aparılmalıdır”-NAQİF HƏMZƏYEV

Read Next

Parlamentdə qalmaqal-SABİR RÜSTƏMXANLIDAN SİYAVUŞ NOVRUZOV VƏ CAVİD OSMANOVA ETİRAZ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir