“Ermənilərin debatdan imtina etdikləri bildirildi…Hər işdə belədirlər – təkbətək, üz-üzə gəlməkdən çəkinirlər…”-ERKİN QƏDİRLİ

Debatları sevmirəm. Özümüzünkülərlə debatları heç sevmirəm. Çoxları özümüzünkülərlə debatlarda özümü dəfərlə rahatsız hiss etdiyimi görüblər. Özümüzünkülərə qarşı rəqabət duyumum çox zəifdir, yox kimidir. Ayrıca, düşüncələrimlə duyğularım arasında bağlantı qurmuram.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.

Millət vəkilinin sözlərinə görə, yəni, kimsə onunla razılaşmayanda, ya da ona inanmayanda, bununla bağlı heç nə hiss etmir.

“Çox nadir hallarda özümüzünkülərlə kəskin ideoloji qarşıdurma olanda, bəlkə, bir həvəsim oyana bilər. Amma bizə açıq düşmən mövqedə olanlara qarşı hər zaman debata hazır olmuşam. Tovuzda döyüşlərin getdiyi günlərdə mənə Ermənistan parlamentinin deputatlarının biri ilə canlı yayım təklif olundu. Düşünmədən razılaşdım. Dünən gecə isə, ermənilərin debatdan imtina etdikləri bildirildi. Hər işdə belədirlər – təkbətək, üz-üzə gəlməkdən çəkinirlər”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olub”-Prezidentdən Şəhid generalın xatirəsinin əbədiləşdirilməsi üçün- MÜHÜM TAPŞIRIQ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Biz Mübariz kimi Polad olmalıyıq!”-RAQİF ALLAHVERDİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir